Duration 4:33

Onu yaxşı tanıyın - 1 qramı 20 dərdə əlacdır

176 134 watched
0
4.6 K
Published 22 Dec 2021

Çoxları elə bilir ki, pul bibər son zamanlar mətbəximizə ayaq açıb. Amma bu, belə deyil. Yadınıza salın, nənələrimiz, analarımız yaydan qırmızı acı bibərləri sapa düzür, evin, eyvanın küncündən asırdılar. Bax, o bibərlər quruyandan sonra onu qəşəng-qəşəng həvəngdəstədə döyür, pul bibər hazırlayırdılar. İndi bu proses müəyyən texnologiyalarla aparılır və mətbəxlərimizdə pul bibər müasir ədviyyat kimi peyda olur. Xüsusilə, qardaş Türkiyə mətbəxində çox populyar olan pul bibər A, C, K, E, B6 və P vitaminləri ilə zəngindir. Mütəxəssislər pul bibərin immuniteti gücləndirdiyini, həzm prosesini asanlaşdırdığını, orqanizmi viruslardan qoruduğunu deyirlər. Tərkibində C vitaminin bolluğu və birbaşa günəş şüaları ilə yetişməsi səbəbilə bibərin qida raisonunda mütləqliyini isə dietoloqlar tövsiyə edir. Pul bibərin faydaları bununla bitmir. Beləliklə, pul bibər: 1. Qəbizliyi önləyir. 2. Maddələr mübadiləsini sürətləndirir. 3. Xüsusilə, ramazan ayında oruc tutarkən pul bibərin istifadəsi mütləqdir. Çünki immuniteti artırır. 4. Qış aylarında istifadəsi məsləhətdir. Orqanizmin temperaturunu artırır, xarici bakteriyalara və viruslara qarşı qoruyur. 5. Bağırsaq qurdlarını və parazitləri təmizləyir. 6. Prostat və ağciyər də daxil olmaqla, bir çox orqanları xərçəngdən qoruyur. 7. Acı olduğu üçün orqanizmdə yağ yanmasına səbəb olur. Bu da arıqlamaq istəyənlər üçün təbii üsullardandır. 8. Qaz və köp problemləri zamanı müsbət təsir edir. 9. İltihab əleyhinə vasitə kimi orqanizmin köməyinə çatır. 10. Xolesterol səviyyəsini nizamlayır. 11. Ürək xəstəliklərinin qarşısını alır. 12. Qanın həddən artıq laxtalanmasını önləyir. 13. Damarları genişlədir. Beləcə, qan dövranının sürəti artır. 14. Kapsaisin bibərə acılıq verən kimyəvi maddədir. Məhz kapsaisin bədəndəki ağrı siqnallarının dərəcəsini azaldır. Beləcə, pul bibər ağrıkəsici kimi də effektiv olur. 15. Pul bibərin xarakterik qırmızı rəngi beta-karoten və ya A vitamini baxımından zəngin olduğuna işarə edir. Bildiyimiz kimi, A vitamini gözlərin dostudur. Yəni, pul bibər gözlərə də xeyirlidir. 16. Pul bibərdəki B6 vitamini isə qanazlığı zamanı faydalıdır. 17. Pul bibər hüceyrələri qocalmadan qoruyur. Bu yaxında Rochelle Wickramasuriya adlı bir youtuber pul bibər ilə maska hazırlamağı tövsiyə edib. Onun dediyinə görə, bu maska dərini gözəlləşdirir və parıldadır. Xanım youtuberin resepti bu cür idi: 1,5 stəkan yağlı süd 1 xörək qaşığı limon suyu 2 xörək qaşığı qədər pul bibər Yarım çay qaşığı darçın 1 çay qaşığı bal Südü bişirin, bişənə yaxın limon suyunu əlavə edin. Sonra südü soyuducuya qoyun. Götürəndə üzünün qaymağını yığın. Soyuq südün içinə darçın, pul bibər və balı əlavə edin. Qarışdırın. Alınan qarışımı üzünüzə çəkin və 30-40 dəq, quruyanadək saxlayın. Sonra ilıq suyla üzünüzü yuyun.

Category

Show more

Comments - 105